Biz kimik?

“GS AND OLD PARTNERS” hüquq şirkətinin əsası  2008-ci ildə korporativ hüquq sahəsində böyük təcrübəyə malik hüquqşünas Qasım Şaliyev tərəfindən qoyulmuşdur. 

Artıq illərdir, hüquq cameəsində etibarlı bir tərəfdaş kimi tanınan vəkil Qasım Şaliyev və onun peşəkar komandası müştərilərə keyfiyyətli hüquqi yardım göstərir, hüquqi incəliklər labirintində müştərilərin ehtiyaclarının vaxtında təsbit edilməsi və maraqlara uyğun həlli istiqamətində dəstək olur. 

Yarandığı ilk gündən etibarən hüquq sahəsində qabaqcıl təcrübə və biliklərə yiyələnərək “GS AND OLD PARTNERS” hüquq şirkəti fiziki və hüquqi şəxslərə korporativ hüquq, korporativ idarəetmə, biznes sövdələşmələrində hüquqi dəstək, kommersiya hüququ, əmək hüququ, müqavilə hüququ, əqli mülkiyyət hüququ, daşınmaz əmlak, vərəsəlik hüququ sahələrində xidmət göstərir. 

Etibarlı və effektiv həll yolları təqdim etmək, eyni zamanda dürüstlük, şəffaflıq və peşəkarlıq standartlarını qorumaq əsas məqsədimizdir. 

Bizim təcrübəmiz sizin həllinizdir!

Fəaliyyət sahələrimiz

Korporativ hüquq: Korporativ hüquq sahəsində müştərilərimizə hüquqi şəxslərin təsis edilməsi.

Korporativ idarəetmə: Korporativ idarəetmə sistemi sahəsində müasir idarəetmə prinsipləri və digər əlaqəli məsələlərlə bağlı hüquqi xidmətlər təqdim edirik.

Biznes sövdələşmələrində hüquqi dəstək: Biznes sövdələşmələrinin bütün mərhələlərində müştərilərimizə hüquqi dəstək göstəririk.

Kommersiya hüququ: Kommersiya hüququ sahəsində hüquqların qorunması ilə bağlı xidmətlər təqdim edirik

Əmək hüququ: Əmək hüququ sahəsində müştərilərimizə qanunvericiliklə müəyyən edilmiş müqavilələrinin hazırlanması və s. xidmətlər təqdim edirik

Sığorta hüququ: Sığorta hüququ sahəsində müştərilərimizə sığorta müqavilələrinin bağlanmasında hüquqi xidmət təqdim edirik

Müqavilə hüququ: Müqavilə hüququ üzrə müştərilərimizə müqavilələrin hazırlanması, icrası, ləğvi məsələlərinin düzgün halında hüquqi xidmətlər təqdim edirik

Əqli mülkiyyət hüququ: Əqli mülkiyyət hüququ sahəsində müştərilərimizin yaradıcı işlərini qorumaq üçün xidmətlər təqdim edirik

Daşınmaz əmlak: Daşınmaz əmlak hüququ sahəsində müştərilərimizə daşınmaz əmlakın alqı-satqısı və s. xidmətlər təqdim edirik

Vərəsəlik hüququ: Müştərilərimizə qanun və vəsiyyətnamə üzrə vərəsəlik işlərinin düzgün həyata keçirilməsi və s. xidmətlər təqdim edirik

Əlavə məlumat