“GS AND OLD PARTNERS” hüquq şirkətinin əsası 2008-ci ildə korporativ hüquq sahəsində böyük təcrübəyə malik hüquqşünas Qasım Şaliyev tərəfindən qoyulmuşdur.
Artıq illərdir, hüquq cameəsində etibarlı bir tərəfdaş kimi tanınan vəkil Qasım Şaliyev və onun peşəkar komandası müştərilərə keyfiyyətli hüquqi yardım göstərir, hüquqi incəliklər labirintində müştərilərin ehtiyaclarının vaxtında təsbit edilməsi və maraqlara uyğun həlli istiqamətində dəstək olur.
Yarandığı ilk gündən etibarən hüquq sahəsində qabaqcıl təcrübə və biliklərə yiyələnərək “GS AND OLD PARTNERS” hüquq şirkəti fiziki və hüquqi şəxslərə korporativ hüquq, korporativ idarəetmə, biznes sövdələşmələrində hüquqi dəstək, kommersiya hüququ, əmək hüququ, müqavilə hüququ, əqli mülkiyyət hüququ, daşınmaz əmlak, vərəsəlik hüququ sahələrində xidmət göstərir.
Etibarlı və effektiv həll yolları təqdim etmək, eyni zamanda dürüstlük, şəffaflıq və peşəkarlıq standartlarını qorumaq əsas məqsədimizdir.
Bizim təcrübəmiz sizin həllinizdir!